REGİONLAR


Kürdəmirdə narkotik vasitə satan və alan şəxslər saxlanılıb

Kürdəmir,19 iyul, AZƏRTAC

Kürdəmirdə narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kürdəmirin Çöl-Ərəb kənd sakini Abuşov Famil Məmməd oğlunun qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, üzərində saxlaması və daşıması barədə rayon polis şöbəsinə məlumat daxil olub. Məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Famil Abuşov yaşadığı kənddə saxlanılaraq rayon polis şöbəsinə gətirilib. Axtarış zamanı onun üzərindən 1 ədəd kibrit qutusunda təmiz çəkisi 6,12 qram və 1 ədəd siqaret dənəsinin içərisində təmiz çəkisi 0,20 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Bundan başqa, aparılan istintaq və əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, Famil Abuşov həmin narkotik vasitəni Sabirabad rayonunun Suqovuşan kənd sakini Həsənov Səfər Sadıq oğlundan 100 manat müqabilində əldə edib. Rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Səfər Həsənov Kürdəmirin Mollakənd kəndi ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı üzərindən 5 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 1,13 qram, 4,85 qram, 3,72 qram, 4,28 qram, 3,51 qram, ümumi təmiz çəkisi 17,49 qram olan eyni tərkibli narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülüb. İlkin dindirmədə hər iki şəxs törətdikləri cinayət əməlini etiraf edib.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət işi başlanıb və iş üzrə ibtidai istintaq davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.