REGİONLAR


Kürdəmirdə narkotik xassəli bitkilər becərən şəxs saxlanılıb VİDEO

Kürdəmir, 9 iyul, AZƏRTAC

Kürdəmir rayonunda narkotik xassəli bitkilər becərən şəxsi polis elə iş başında yaxalayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb. Belə ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı kənd sakini Səmədzadə Həsrət Hacıqulu oğlu yaşadığı evdə saxlanılıb. Onun həyətyanı sahəsinə baxış zamanı oradan 12 kol olmaqla, ümumilikdə 6 kiloqram 800 qram narkotik vasitə olan çətənə kolu aşkar olunaraq götürülüb. Həsrət Səmədzadə rayon polis şöbəsinə gətirilib.

Qeyd edək ki, Həsrət Səmədzadə əvvəllər də dəfələrlə eyni maddə ilə məhkumluq həyatı yaşayıb. Hazırda faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin istintaq bölməsində cinayət işi başlanılıb və ibtidai istintaq davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.