REGİONLAR
Kürdəmirdə oğurluq hadisəsi baş verib
Kürdəmir, 9 aprel, AZƏRTAC
Kürdəmirdə oğurluq hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kürdəmir şəhər sakini, Şəhriyar küçəsi ev 37-də yaşayan Əhmədova Xəyalə Elxan qızı rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, evindən 2000 manat dəyərində müxtəlif adda əşyaların oğurlandığını bildirib.
Polis şöbəsinin cinayət axtarış bölməsi tərəfindən hadisə yerinə baxış keçirilib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər dəfələrlə məhkum olunan rayon sakini, 21 yaşlı Hacıyev Elməddin İsrayıl oğlu saxlanılaraq polis şöbəsinə gətirilib. İlkin dindirmə zamanı o, əməlini etiraf edib. Məlum olub ki, oğru pəncərəni sındıraraq evə daxil olub, oradan Xəyalə Əhmədovaya məxsus müxtəlif məişət və təsərrüfat təyinatlı avadanlıqlar, ərzaq məhsulları, o cümlədən 2 dəst 600 manat dəyərində “Tefal” qazan, 20 ədəd 400 manat dəyərində cins və parça şalvarlar, 20 ədəd 300 manat dəyərində “Avcı” markalı yun poliverlər, 2 ədəd 80 manat dəyərində istifadə olunmuş “Emkay” markalı SVR-1500W modelli elektrik tənzimləyicisi və sair götürərək, ev sahibinə 2064 manat məbləğində maddi ziyan vurub.
Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.