CƏMİYYƏT


Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakı, 6 dekabr, AZƏRTAC 

Kürdəmir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayonun Sığırlı kəndi ərazisində Mingəçevir şəhər sakini Ayxan Cabbarlı idarə etdiyi “Ford” markalı avtomobili qarşıda gedən “KamAZ” markalı avtomobilə vurub. Nəticədə A.Cabbarlının avtomobilində olan sərnişinlərdən Rəşad Şıxıyev hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.