CƏMİYYƏT


Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakı, 12 avqust, AZƏRTAC 

Kürdəmir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Zərdab rayon sakini E.Əzizov idarə etdiyi “Mercedes” markalı avtomobili Kürdəmir rayonunun Sovla kəndi ərazisində yol kənarında dayanmış, Oruc Qurbanova məxsus “T-28” markalı traktora vurub. Nəticədə E.Əzizovun avtomobilində olan sərnişini, həmyerlisi Tubu Ömərova hadisə yerində ölüb, özü və iki sərnişini isə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.