REGİONLAR


Kürdəmirdə ötən il 867 daimi iş yeri açılıb

Kürdəmir, 24 yanvar, AZƏRTAC 

Kürdəmir rayonunda 2018-ci ildə 867-si daimi olmaqla, 1000-ə yaxın iş yeri açılıb.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında Kürdəmir rayonu üçün nəzərdə tutulan layihələrin icrası, iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlara göstərilən dövlət dəstəyi, istehsal və xidmət sahələrinin fəaliyyətə başlaması yeni iş yerlərinin açılması və əhalinin məşğulluğunun artması ilə nəticələnib.

Qeyd edək ki, ötən ilin sentyabr ayında rayonda keçirilən əmək yarmarkasına 34 təşkilat üzrə 246 vakant yer çıxarılmışdı. Əmək yarmarkasında 82 nəfər daimi iş üçün göndəriş alıb.

Azərbaycan Respublikası Prezidentinin “Əhalinin özünə məşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına müvafiq olaraq Kürdəmirdə özünüməşğulluq layihəsinə qoşulan ailələrin sayı 125-ə çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.