REGİONLAR


Kürdəmirdə pambıq tarlalarında məhsul yığımına 14 kombayn cəlb olunub

Kürdəmir, 6 oktyabr, AZƏRTAC

Kürdəmir rayonunda bu il 5030 hektarda pambıq yetişdirilib. Qısa vaxtda tarlalardan 2433 ton məhsul toplanılıb.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, əksər ərazilərdə, xüsusilə Muradxan, Ərəbqubalı, Carlı, Qarasu və bir sıra digər ərazi vahidlərində “ağ qızıl” yığımı daha sürətlə, mütəşəkkil davam etdirilir.

Məhsul yığımı üçün hər gün sahələrə 2000 nəfərə yaxın işçi qüvvəsi çıxır. Mühüm strateji məhsul olan “ağ qızıl”ın yığılmasına 14 kombayn da cəlb edilib. Bu texnikalar arasında “John Deer” şirkətinin “9970” markalı pambıqyığan kombaynları keyfiyyəti və səmərəliliyi ilə seçilib. İndiyədək toplanan məhsulun yarısından çoxu məhz “Aqrolizinq” ASC tərəfindən ölkəyə gətirərək güzəştli şərtlərlə fermerlərə verilən bu kombaynlarla yığılıb.

Yüksək məhsuldarlığa malik olan bu kombaynlar dörd cərgənin (cərgəarası 60-90 santimetr) pambığını qozalar 70-80 faiz açıldığı halda belə, bir dəfəyə yığa bilir. Həmin sahəyə ikinci dəfə texnikanın girməsinə ehtiyac qalmır. Nəticədə yığılan pambığın maya dəyəri də aşağı düşür. Bu texnikalar, eyni zamanda, pambığı başqa kombaynlarla müqayisədə daha təmiz yığır. Köhnə kombaynlar isə eyni pambıq sahəsində 3-4 dəfə məhsul yığırdı ki, bu da həm torpağın kipləşməsinə, məhsul itkisinə və onun maya dəyərinin artmasına səbəb olurdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.