REGİONLAR
Kürdəmirdə pambıq yığımına başlanılıb
Kürdəmir, 10 sentyabr, AZƏRTAC
Kürdəmir rayonunda pambıq yığımı kampaniyasına başlanılıb və qısa müddətdə16 tona yaxın məhsul toplanılıb. Məhsul hələlik əl ilə yığılır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə 1997,5 hektar sahədə pambıq yetişdirilib. Məhsul yığımına ilk günlərdən 200 nəfərədək işçi qüvvəsi cəlb olunub. Yığıma Qarasu, Şilyan, Muradxan və bir sıra digər ərazilərdə daha mütəşəkkil başlanılıb. Pambıq sahələrində məhsulun 80 faizi pambıqyığan kombaynların qüvvəsilə toplanacaq. Bu məqsədlə nəzərdə tutulan texnika artıq saz vəziyyətdədir.
Qeyd edək ki, bu mövsümdə rayonda 4 min tondan çox “ağ qızıl” istehsalı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]