REGİONLAR


Kürdəmirdə payızlıq taxıl səpini başa çatıb

Kürdəmir, 17 dekabr, AZƏRTAC 

Kürdəmir rayonunda gələn ilin məhsulu üçün payızlıq taxıl əkini kampaniyası başa çatıb və 45765 hektarda səpin aparılıb.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yeni aqroparkların yaradılması, əkin üçün əlavə torpaq sahələrinin ayrılması nəticəsində taxıl əkini sahələri ötən ildəkindən 725 hektar çox olub. Əkin sahələrinin 16500 hektarı buğda, 29265 hektarı isə arpadır. Səpin kampaniyasına 150-dən çox texnika cəlb edilib. Rayonun daha çox taxıl əkilən Qarasu, Qarasaqqal, Muradxan, Ərəbqubalı, Mollakənd və bir sıra digər ərazi vahidlərində bu mühüm kampaniya daha mütəşəkkil aparılıb.

Qeyd edək ki, ilkin əkin aparılan ərazilərdə normal çıxış alınıb. Hazırda hər yerdə zərərvericilərə qarşı qabaqlayıcı tədbirlər görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.