Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
AzerTAg.az
Kürdəmir, 18 iyun, AZƏRTAC
Kürdəmirdə gecə saatlarında yolu keçmək istəyən piyadanı maşın vurub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə axşam saatlarında Bakı-Qazax yolunun rayonun Ərşəli kəndindən keçən hissəsində baş verib. Belə ki, sürücü, 38 yaşlı Ağdaş rayon sakini Mövlud Məhəmmədnəbi oğlu Nəbizadə "FORD" markalı mikroavtobusla Bakı istiqamətində hərəkətdə olarkən, yolu keçmək istəyən Kürdəmir rayonunun Sığırlı kənd sakini Əliqismət Qarayevi vurub. Zərbənin təsirindən piyada hadisə yerində ölüb. Onun cəsədi müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.


Xəbərin mətnində orfoqrafik səhv var