REGİONLAR


Kürdəmirdə qadına qarşı soyğunçuluq edənlər saxlanılıb

Kürdəmir, 23 sentyabr, AZƏRTAC

Kürdəmirdə soyğunçuluq hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Yeni Şıxımlı kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Ağsu rayon sakini Burcəliyeva Kəmalə Xanəli qızı Daxili İşlər Nazirliyinin “102 xidməti”nə və Kürdəmir Rayon Polis Şöbəsinə müraciət edərək, rayon ərazisində tanımadığı dörd nəfərin ona qarşı soyğunçuluq əməli törətməklə, çantasından pullarını və müxtəlif əşyalarını oğurlayaraq qaçıb getmələri barədə məlumat verib.

Rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, Kəmalə Burcəliyevaya qarşı soyğunçuluq əməlini törədənlər Yeni Şıxımlı kənd sakinləri Şıxəliyev Loğman Fariz oğlu, Səmidov Amil Famil oğlu, Həmidov Saməddin Qüdrət oğlu və Cəbrayılov Nicat Elçin oğludur. Onlar qabaqcadan əlbir olub açıq talama və tamah məqsədilə Kəmalə Burcəliyevaya qarşı zor tətbiq etməklə onun əl çantasından müxtəlif əşyalarını (ümumlikdə 109 manat) oğurlamaqla ona qarşı soyğunçuluq əməli törədiblər.

Soyğunçular saxlanılaraq rayon polis şöbəsinə gətirilib və ilkin dindirmə zamanı onlar törətdikləri cinayət əməlini etiraf edib, bu işdən peşman olduqlarını bildiriblər.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin istintaq bölməsində cinayət işi açılıb və istintaq davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.