REGİONLAR


Kürdəmirdə süd istehsalı 1577 ton artıb

Kürdəmir, 14 yanvar, AZƏRTAC 

Kürdəmir rayonunun heyvandarları 2019-cu ili uğurlu nəticələrlə yola salıblar.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, keçən il diri çəkidə 9276 ton ət, 44842 ton süd istehsal olunub. 2018-ci illə müqayisədə ət istehsalı 9 ton, süd istehsalı isə 1577 ton artıb. Yumurta və yun istehsalında da nəticələr uğurlu olub. Belə ki, yumurta istehsalı 7879 min ədəd çoxalaraq 28 milyon 839 min ədədə, yun istehsalı isə 11,3 ton artaraq 285,6 tona çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.