REGİONLAR
Kürdəmirdə tərəvəz istehsalı artıb
Kürdəmir, 18 iyun, AZƏRTAC
Kürdəmir rayonunda tərəvəz istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 234 ton çox artaraq, 2625 tona çatıb.
Rayon statistika idarəsindən AZƏRTAC-a bildirilib ki, Kürdəmirdə bu günədək 259 ton pomidor, 1708 ton xiyar, 289 ton sarımsaq, 182 ton soğan, 188 ton digər tərəvəz məhsulları toplanıb. Tərəvəzin məhsuldarlığı da keçən illə müqayisədə artıb və 57,1 sentnerdən 67,9 sentnerə çatıb.
Kartof əkini sahələrində də məhsul yığımı sürətlə davam etdirilir. İndiyədək 383 hektardan 4705 ton məhsul yığılıb. Bu sahədə də məhsuldarlıq keçən ilin müvafiq dövrünə nisbətən 8,1 sentner çoxdur.
Hazırda rayonun bütün ərazisində, xüsusilə daha çox tərəvəz əkilən Kürqırağı ərazilərdə tərəvəz yığımı davam etdirilir.