REGİONLAR
Kürdəmirdə termal sularla isidilən istixana qurulur
Kürdəmir,17 iyul, AZƏRTAC
“GEOTERMAL AGRO” MMC Kürdəmir rayonunun Mollakənd kəndi ərazisində termal sularla isidilən müasir istixana təsərrüfatı qurur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yer altından çıxan isti sularla qızdırılacaq istixana 2,5 hektar ərazini əhatə edir. Burada ildə orta hesabla 100-120 ton pomidor və xiyar məhsulları istehsal olunacaq.
Qeyd edək ki, hazırda rayonda 8 hektarda istixana təsərrüfatı fəaliyyət göstərir. Təkcə bu ilin birinci yarısında bu təsərrüfatlarda 650 tondan çox xiyar və pomidor istehsal edilib. Yetişdirilən məhsulların 210 tondan çoxu xarici bazarlara ixrac olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]