REGİONLAR


Kürdəmirdə vətənpərvərlik mövzusunda maarifləndirici tədbir keçirilib

Kürdəmir, 10 yanvar, AZƏRTAC

Vətən müqəddəs və əvəzedilməzdir. Onu qorumaq və uğrunda canından keçmək isə hər bir vətəndaşın müqəddəs borcudur. Vətənə canını belə düşünmədən fəda edə biləcək oğul-qızlar gərəkdir. Hər kəs öz üzərinə düşən vəzifəni layiqincə və ləyaqətlə yerinə yetirərsə, bu elə Vətənin daşı olmaq deməkdir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər yanvarın 10-da Kürdəmirdə rayon icra hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Vətənin daşı olmaq” layihəsi çərçivəsində “Vətən nədir” mövzusunda keçirilən maarifləndirici tədbirdə səsləndirilib.

Gənclər evində ziyalıların və gənclərin, din xadimlərinin iştirakı ilə təşkil olunan tədbiri açan rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov qeyd edib ki, xalqımız müstəqilliyini bərpa etdikdən sonra qədim tariximizi və mədəniyyətimizi daha dərindən tədqiq etmək, öyrənmək və dünyaya tanıtmaq üçün geniş imkanlar qazanıb.

Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev çıxış edərək deyib ki, Vətən onu sevənlər, milli-mənəvi dəyərlərini yaşadanlar, qoruyanlar üçün Vətəndir. Bu gün milli-mənəvi dəyərləri ümumbəşəri dəyərlərdən kənarda təsəvvür etmək çətindir. Ona görə də mənəvi tərbiyə sistemində milli və ümumbəşəri dəyərlərdən bəhrələnmə məsələsinə ciddi fikir verilməlidir.

Çıxışlardan sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.