REGİONLAR
Kürdəmirdə yaşadığı evi tərk edən koronavirus xəstəsi saxlanılıb
Kürdəmir, 29 noyabr, AZƏRTAC
Kürdəmirdə yaşadığı evi bilərəkdən tərk edən və ətrafdakı insanlara da bu virusun keçməsinə şərait yaradan aktiv koronavirus xəstəsi saxlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kürdəmir şəhər sakini Nazim Rəhimovun COVID-19 testinin nəticəsi pozitiv olduğuna görə, ona ev şəraitində müalicə təyin edilib, qaydalar izah olunub və qoyulan tələblərə riayət etməsi tapşırılıb. N.Rəhimov qaydaları pozmaqla rayon ərazisində yerləşən baytarlıq aptekində dərman satışı ilə məşğul olaraq yaşadığı ünvanı tərk edib və digərlərinin də sağlamlığı üçün real təhlükə yaradıb. O, rayon ərazisində baytarlıq aptekində satışla məşğul olarkən polis əməkdaşları tərəfindən saxlanılıb, həkimlərin iştirakı ilə yaşadığı evə geri qaytarılıb.
Hazırda Kürdəmir rayon Polis Şöbəsində Nazim Rəhimov barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [21:36]
Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar
- 28.03.2024 [20:40]
Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub
- 28.03.2024 [20:22]
Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib
- 28.03.2024 [18:23]
Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]