REGİONLAR
Kürdəmirdə yeniyetmələr arasında mini futbol üzrə rayon turniri keçirilib
Kürdəmir, 26 iyul, AZƏRTAC
Kürdəmirdə 26 iyul- Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılması gününə həsr olunan mini futbol növü üzrə yeniyetmələr arasında rayon turniri bu gün başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə Olimpiya İdman Kompleksində iyulun 22-26 da keçirilən yarışlarda 6 komandada 50 nəfərə yaxın yeniyetmə iştirak edib. Yarışlar AFFA-nın müəyyən etdiyi qaydalara əsasən dairəvi sistem üzrə keçirilib. Turnirdə iştirak edən komandalar qrup və final mərhələlərində öz güclərini sınayıblar.
Yarışların nəticələrinə görə I yeri “Kürdəmir”, II yeri “Kəpəz”, III yeri isə “Neftçi” futbol komandaları qazanıblar. Qalib komandalara Kürdəmir rayon Gənclər və İdman İdarəsinin diplomları verilib.