Kürdəmirdə yol qəzası: ölən və yaralanan var VİDEO
AzerTAg.az
Kürdəmir, 26 dekabr, AZƏRTAC
Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralanan var.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Çöhranlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Balakən rayon sakini 31 yaşlı Rəvan Ramazan oğlu Qınçıyev içərisi meyvə ilə dolu olan “Ford Tranzit” markalı avtomaşınla Kürdəmir istiqamətində qarşıda gedən Tovuz rayon sakini Akif Cəfərovun idarə etdiyi və mişar daşı ilə dolu olan “Kamaz” yük maşınının qoşqusuna çırpılıb. Nəticədə “Ford”un sürücüsü Rəvan Qınçıyev və sərnişin Elvin Oktay oğlu Kərimov ağır bədən xəsarətləri alıblar. Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq sərnişin 31 yaşlı Elvin Kərimov xəstəxanada dünyasını dəyişib. Onun cəsədi müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.



Xəbərin mətnində orfoqrafik səhv var