REGİONLAR
Kürdəmirdə yol qəzasında iki nəfər ölüb VİDEO
Kürdəmir, 23 mart, AZƏRTAC
Kürdəmir rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün günorta saatlarında Bakı-Qazax yolunun 204-cü kilometrində, rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Toyota” markalı avtomobilin sürücüsü, Bakı sakini, 1961-ci il təvəllüdlü Qafarov Pərviz Sərvaz oğlu paytaxt istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı beton lövhəyə çırpılıb. Qəza nəticəsində avtomobilin sürücüsü Pərviz Qafarov və avtomobildə olan həyat yoldaşı, 1968-ci il təvəllüdlü Qafarova Afət Cavad qızı hadisə yerində ölüblər. Onların cəsədləri müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:45]
Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO
- 23.04.2024 [17:33]
Şəkidə ağacəkmə aksiyası keçirilib
- 23.04.2024 [15:42]
Sumqayıt rəssamları Şuşaya səfər ediblər
- 23.04.2024 [14:43]
Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib
- 23.04.2024 [14:14]
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO
- 23.04.2024 [13:57]