CƏMİYYƏT


Kürdəmirdəki maarifləndirmə tədbirində miqrasiya qanunvericiliyinə edilmiş son dəyişikliklərdən danışılıb

Bakı, 22 avqust, AZƏRTAC

Dövlət Miqrasiya Xidmətinin (DMX) Ağsu regional miqrasiya idarəsi Kürdəmir Rayon İcra Hakimiyyətinin inzibati binasında “İnsan alverinə qarşı mübarizə tədbirləri və miqrasiya qanunvericiliyinə edilmiş son dəyişikliklər” mövzusunda hüquqi maarifləndirmə tədbiri keçirib.

DMX-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə rayonun kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə üzvləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, tibb və təhsil işçiləri, ictimai təşkilatların təmsilçiləri, sahibkarlar, həmçinin əcnəbi və vətəndaşlığı olmayan şəxslər iştirak ediblər.

Mövzu ilə bağlı məruzələr dinlənildikdən sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Tədbirin sonunda vətəndaş məmnunluğunun təmin olunması məqsədilə altı nəfərə səyyar xidmət göstərilib. Dörd nəfərə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi, bir nəfərə ölkədə müvəqqəti yaşama icazəsinin alınması ilə bağlı sənədlərin siyahısı verilib. Bir nəfərin isə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı müraciəti qəbul olunub.

Miqrasiya sahəsində maarifləndirmə tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.