REGİONLAR
Kürdəmirdəki yanğında 20 başdan çox xırdabuynuzlu heyvan tələf olub VİDEO
Kürdəmir, 7 iyul, AZƏRTAC
Kürdəmirdə fərdi təsərrüfatda baş verən yanğında xırdabuynuzlu heyvanlar tələf olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə ötən gecə saat 12 radələrində Kürdəmirin Cənub məhəlləsində 63 yaşlı rayon sakini Fəzail İsmayıl oğlu Cəbrayılova məxsus ümumi sahəsi 200 kvadratmetr olan tövlədə baş verib. Yanğın zamanı tövlənin 100 kvadratmetri, eləcə də tövlədəki 200 baş xırdabuynuzlu heyvanın 20 başdan çoxu yanaraq tələf olub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb, alovun miqyasının genişlənməsinin qarşısı alınıb.
Yanğının başvermə səbəbləri araşdırılır.