REGİONLAR
Kürdəmirin bir kəndində eyni vaxtda 2 tövlə yanıb
Kürdəmir, 12 avqust, AZƏRTAC
Kürdəmirdə yanğın hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə avqustun 11-də saat 17 radələrində rayonun Mollakənd kəndində qeydə alınıb. Belə ki, kənd sakinləri Ələkbər Mafəddin oğlu Əliyevə məxsus ümumi sahəsi 160 kvadratmetr olan tövlə və içərisində 2 ton arpa və 500 bağlı ot, Raci Əlheydər oğlu İsgəndərova məxsus ümumi sahəsi 75 kvadratmetr tövlə və içərisində 750 ot bağlaması yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir Rayon Dövlət Yanğından Mühafizə İdarəsinin və Şirvan şəhər 140 saylı yanğından mühafizə bölməsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Alov söndürülüb və yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.