REGİONLAR


Kürdəmirli fermer: Dövlət dəstəyi təsərrüfatımızı genişləndirməyə imkan verir

Kürdəmir, 19 avqust, AZƏRTAC 

Kürdəmir rayonunun Qarabucaq kənd sakini İlham Alahverdiyevin ailə təsərrüfatı bu mövsümdə 50 hektar sahədə pambıq əkib. Pambıqçılıq sahəsində zəngin təcrübəsi olan ailə bu il bol məhsul yetişdirib. Artıq bu günlərdə pambıq yığımına başlanacaq.

Pambıqçılıq vaxtilə kənddə əsas təsərrüfat sahəsi olub. Uzun fasilədən sonra aqrar sektorda aparılan islahatlar, Prezident İlham Əliyevin ixracyönümlü məhsulların, o cümlədən pambıqçılığın inkişaf etdirilməsi ilə əlaqədar verdiyi tapşırıq və tövsiyələr rayonda, o cümlədən Qarabucaq kəndində də əhali tərəfindən böyük razılıqla qarşılanıb.

AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində İlham Allahverdiyev deyib: “Ailə üzvlərimizin çoxu, demək olar ki, işsiz idi. Bu sahənin inkişafı üçün həyata keçirilən tədbirlərə görə Prezidentimizə minnətdarıq. İndi hamımız işləyirik. Bu il satacağımız məhsuldan yaxşı gəlir götürəcəyik. Dövlət dəstəyi ildən-ilə təsərrüfatımızı daha da genişləndirməyə imkan verir. Bu mövsümdə hər hektardan azı 30 sentner məhsul əldə etmək əzmindəyik”.

Qeyd edək ki, İlham Allahverdiyevin ailə təsərrüfatı keçən il də sahələrdən yaxşı məhsul götürüb və qəbul məntəqəsinə 132 ton pambıq təhvil verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.