REGİONLAR


Kürdəmirli pambıqçılar məhsul yığımına hazırlaşırlar

Kürdəmir, 20 avqust, AZƏRTAC

Kürdəmir rayonunun pambıq tarlalarında məhsul yığımına ciddi hazırlıq işləri görülür.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, builki mövsümdə Kürdəmirdə 2067 hektar sahədə “ağ qızıl” əkilib. Aqrotexniki qulluq işləri vaxtında və keyfiyyətlə aparıldığından tarlalarda bol məhsul yetişir. Hazırda 3-cü vegetasiya suyunun verilməsi başa çatmaq üzrədir. Rayonun daha çox pambıq yetişdirilən Şilyan, Qarasu, Muradxan, Sor-sor, Mollakənd və Carlı ərazi icra nümayəndəliklərində yığıma daha ciddi hazırlıq işləri aparılır. Bu ərazilərdə hər hektardan orta hesabla 30 sentnerdən çox məhsul gözlənilir.

Qeyd edək ki, tarlalarda məhsulun 85-90 faizinin pambıqyığan maşınlarla yığılacağı nəzərdə tutulur. Əl ilə yığıma 500 nəfərdən artıq işçi qüvvəsi, habelə kifayət qədər texnika cəlb ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.