REGİONLAR
Kürdən okean balığı tutulub
Neftçala, 11 aprel, Mahir Babayev, AZƏRTAC
Kür çayının Neftçala rayonu ərazisindən keçən hissəsində Uqor adlı okean balığı tutulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər ki, uzunluğu 1 metr, çəkisi 2 kiloqramdan artıq olan balığın Kür çayında görünməsi nadir hadisədir.
Ehtimal olunur ki, ölkəmizə məxsus gəmilər okean və dənizlərdə üzərkən Uqor balığı onların gövdəsinə yapışıb. Sonra həmin balıq gəmi vasitəsi ilə Xəzər dənizinə, oradan isə Kür çayına keçib. Çünki nadir hallarda, yəni, 30-40 ildən bir Kür çayında ilanbalığına oxşar belə balığa rast gəlinir.
2008-ci ildə adı “Qırmızı kitab”a düşən Uqor balığı yenidən çaya buraxılıb.
Qeyd edək ki, 2 kiloqramdan 12 kiloqrama qədər çəkisi olan Uqor balığı ilanbalığı kimi çox sürüşkən, həm də yağlı olur. Məlumata görə, cəmi 9-12 il yaşayan balıq ildə suya 1 milyona yaxın kürü buraxır. Əti bir çox xəstəliklərin, xüsusilə görmə qabiliyyəti zəif olan insanlar üçün olduqca faydalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [13:57]
Ali Məclisin komitə iclasında Nazirlər Kabinetinin hesabatı təqdim edilib
- 23.04.2024 [13:26]
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB
- 23.04.2024 [12:58]
Bağanis Ayrımın ən yaşlı sakini: Kəndimizə qayıdan kimi qurban kəsəcəyəm
- 23.04.2024 [10:46]
“Chevrolet”lə “Tofaş” toqquşdu - 2 ölü, 2 yaralı
- 23.04.2024 [10:18]
Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb VİDEO
- 23.04.2024 [10:17]
Naxçıvanda ilk dəfə müəllimlər iş yerlərini dəyişə biləcəklər
- 23.04.2024 [09:42]
Xankəndidə silah-sursat aşkarlanıb
- 22.04.2024 [22:06]