CƏMİYYƏT


Kürdəxanı gölünün ətrafında tullantıların qalaqlanması faktı aşkarlanıb

Bakı, 30 oktyabr, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sabunçu rayonunda Kürdəxanı gölünün ətrafına məişət tullantılarının atılması ilə bağlı daxil olan şikayəti nazirliyin əməkdaşları yerində araşdırıblar.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əraziyə keçirilən baxış zamanı məişət tullantılarının mövcud qanunvericiliyə uyğun idarə olunmadığı, qeyri-mütəşəkkil qalaqlandığı faktı təsdiqini tapıb.

Faktla bağlı əraziyə cavabdeh Kürdəxanı Bələdiyyəsinin sədri Pərviz Dadaşov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 4000 manat məbləğində cərimələnib.

Tullantıların ərazidən təmizlənməsi məqsədilə bələdiyyə sədrinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib. Nazirliyin əməkdaşlarının nəzarəti ilə ərazi tullantılardan təmizlənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.