CƏMİYYƏT


Kürdoğlu Əsgərov: ATƏT-in sammitində diqqəti Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsinə cəlb edə bildik

Bakı, 25 sentyabr, AZƏRTAC

Sentyabrın 25-də Dilqəm Əsgərovun və Şahbaz Quliyevin hüquqlarının müdafiə komitəsinin rəhbəri Əlövsət Ağalarov və Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçiriblər.

AZƏRTAC xəbər verir ki, Əlövsət Ağalarov Dilqəm Əsgərovun və Şahbaz Quliyevin hüquqlarının müdafiə komitəsinin yarandığı gündən deputatlar, ziyalılar, mətbuat nümayəndələri ilə toplantılar keçirdiyini, həmçinin Gürcüstanda, Ukraynada və Rusiyada da görüşlərinin baş tutduğunu deyib. Qeyd edib ki, bu məsələ ilə bağlı bütün təşkilatlar öz dəstəklərini, həmrəyliklərini nümayiş etdiriblər.

Dilqəm Əsgərovun bu yaxınlarda ATƏT-in Varşava sammitində çıxış etmiş oğlu Kürdoğlu Əsgərov toplantıda Dilqəm Əsgərovun və Şahbaz Quliyevin girovluqdan azad edilməsi məsələsini gündəmə gətirdiklərini bildirib. “Düşünürəm ki, sammitdəki çıxışımızla avropalı diplomatların bu məsələyə diqqətini cəlb edə bildik. Eyni zamanda, Varşavada avropalı diplomatlarla bir sıra görüşlərimiz oldu, onlara da atam və Şahbaz Quliyev barədə məlumat verdik”, - deyə K.Əsgərov qeyd edib.

K.Əsgərov, həmçinin sentyabrın 22-də Ermənistanın Varşavadakı səfirliyi qarşısında etiraz aksiyası keçirildiyini diqqətə çatdırıb. O, gündən-günə güclənən Azərbaycan Ordusunun öz torpaqlarını geri qaytaracağına, Dilqəm Əsgərovun və Şahbaz Quliyevin girovluqdan azad olunacağına əminliyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.