CƏMİYYƏT


Kürəkəninə xəsarət yetirmiş şəxs polis əməkdaşları tərəfindən yaxalanıb

Bakı, 17 sentyabr, AZƏRTAC 

Sentyabrın 15-də saat 2 radələrində Buzovna qəsəbəsi ərazisində sakin Ç.Rəhimovun xuliqanlıq zəminində pnevmatik tüfəngdən açdığı atəşlə kürəkəni N.Allahverdiyevin qol nahiyəsinə xəsarət yetirməsi barədə Xəzər Rayon Polis İdarəsinin 2-ci polis şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Ç.Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb, ondan “Qamo” markalı pnevmatik tüfəng və 42 patron götürülüb.

Faktla bağlı araşdırmalar davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.