SİYASƏT


Kursantların praktiki məşğələləri başa çatıb VİDEO

Bakı, 29 iyul, AZƏRTAC

Heydər Əliyev adına Hərbi İnstitutun kursantları ilə səhra şəraitində keçirilən praktiki təlim məşğələləri başa çatıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi institutun tədris planı və proqramına uyğun olaraq keçirilən məşğələlərdə kursantlar ərazidə müxtəlif üsullarla taktiki yerdəyişmə tapşırıqları, atıcı silahlardan və qumbaraatanlardan praktiki atışlar yerinə yetiriblər.

Həmçinin təlim məşğələlərində azimutla hərəkət, mühəndis maneələrinin dəf edilməsi, yaralıların döyüş meydanından təxliyəsi, şərti düşmən hədəflərinin aşkarlanaraq zərərsizləşdirilməsi və digər tapşırıqlar kursantlar tərəfindən müvəffəqiyyətlə icra edilib.

Kursantlarla keçirilən məşğələlərdə əsas məqsəd onların nəzəri biliklərinin və səhra vərdişlərinin təkmilləşdirilməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.