REGİONLAR


“Kurtlar Vadisi”nin Ömər Babası Gəncədə

Gəncə, 13 mart, Rauf Hacıyev, AZƏRTAC

Türkiyənin məşhur “Kurtlar Vadisi” teleserialında Ömər Baba obrazı ilə yadda qalan Emin Olcay və Azərbaycan teatrlarında səhnəyə qoyulan “Uçqun”, “Gözəlçələr”, “Ziyarətçi” və “Matryoşka” tamaşalarının müəllifi, müasir türk yazıçı-dramaturqu Tuncər Cücənoğlu Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının qonağı olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaqlar Milli Teatrın yaranmasının 145 illiyi münasibətilə Gəncə Dövlət Dram Teatrında səhnələşdirilən tamaşaya baxmaq üçün Nizami yurduna gəliblər.

Bu dəfə teatrsevərlərə Tuncer Cücenoğlunun “Matryoşka” adlı romantik komediyası təqdim edilib. Tamaşanın quruluşçu rejissoru Elşad Əhmədov, rəssamı Vahab Cəfərov, musiqi tərtibatçısı Tünzalə Mustafayevadır. Tamaşada əsas rolları Xalq Artisti Pərvanə Qurbanova, Əməkdar Artist Sevda Orucova və aktyor Yusif Cəfərov ifa edib.

Daha sonra Emin Olcay və Tuncər Cücənoğlu Nizami yurdunun gəzməli, görməli yerlərinə baş çəkiblər. “Ömər Baba”nı Gəncə küçələrində görmək şəhər sakinlərinin marağına səbəb olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.