CƏMİYYƏT


“Küsdüm çiçəyi”nin qəribə xüsusiyyəti

Bakı, 21 oktyabr, AZƏRTAC

Cənubi və Orta Asiya regionuna xas olan mimoza pudikanı bəzən “küsdüm çiçəyi” də adlandırırlar. O, digər bitkilərdən fərqli xüsusiyyətlərə malikdir. Məsələn, ona toxunanda və dartanda yarpaqlar bir-birinə birləşərək bağlanır, yəni “küsür”, bir-iki dəqiqədən sonra yenidən açılır. Onun bu xüsusiyyətinin səbəbi özünümüdafiə etməsi ilə əlaqədardır.

AZƏRTAC xəbər verir ki, bitki onu narahat edən hal davam edəndə gövdəsi üzərində iri tikanlarını çıxararaq böcəkləri uzaqlaşdırır. Onu əmələ gətirən mexanizm insan orqanizmindəki sinir sisteminin hərəkətini xatırladır. Yarpaq saplağının birləşdiyi yer olduqca şişkindir və buradakı hüceyrələr maye ilə dolu olur. Otuz saniyədə baş verən qıcıqlanma hüceyrələrə çatan kimi yarpağın dibindəki şişkinliyin alt hissəsi suyunu buraxır, həmin vaxt üst hissə suyu özünə çəkir və yarpaq aşağı sallanır. Qıcıqlanma saplaq boyu irəlilədikcə yarpaqlar domino daşları kimi bir-birinin ardınca bağlanır və bundan 20 dəqiqə sonra bitkinin yarpaqları yenidən açılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.