DÜNYA


Kutaisidə istehsal olunacaq elektromobillər “Orvo” adlanacaq

Tbilisi, 24 avqust, AZƏRTAC

Gürcüstan ilk dəfə istehsal edəcəyi elektromobillər “Orvo” adlanacaq. “Orvo” qədim Kolxidi dilindən tərcümədə “Səkkizlik” (sonsuzluq) deməkdir.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə avtomobilin sənaye üzrə dizayneri Zviad Tsikoliya məlumat verib.

Onun sözlərinə görə, bu ideyanın müəllifi Gürcüstan Texniki Universitetinin professoru, İDS Beynəlxalq Dizayn Məktəbinin lektoru Qiqa Xatiaşvilidir.

Məlumat üçün qeyd edək ki, regionda ilk elektromobil zavodunun Gürcüstanın Kutaisi şəhərində tikilməsi ilə bağlı bu ölkənin “Igroup” və Çinin “Changan Automobile” konsorsiumu arasında memorandum imzalanıb.

Artıq gələn ildən elektromobillərin satışına başlanılacağı bildirilir. Zavodda istehsal olunacaq elektromobillərin 50 faizi daxili bazara yönəldiləcək, digər hissəsi isə Avropa İttifaqı ölkələrinə göndəriləcək. Zavodun illik istehsal gücü 40 min avtomobil təşkil edəcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.