İDMAN


Kütləvi futbol həftəsi festivalı keçiriləcək

Bakı, 13 sentyabr, AZƏRTAC

Sentyabrın 26-da və 27-də Təhsil Respublika İdman Mərkəzinin Gəncə şəhərindəki filialında, ayın 30-da isə Heydər Əliyev Mərkəzində (Bakı şəhəri) AFFA tərəfindən kütləvi futbol həftəsi festivalı keçiriləcək.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, festivalda 6-13 yaş arası uşaqlar iştirak edəcəklər.

Qeyd edək ki, bu layihənin həyata keçirilməsində məqsəd futbolun kütləviliyini artırmaq, uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.