SİYASƏT


“Kütləvi informasiya vasitələri haqqında” Qanunda bəzi dəyişikliklər edilib

Bakı, 16 dekabr, Əsəd Məmmədov, AZƏRTAC

Milli Məclisin plenar iclasında “Kütləvi informasiya vasitələri haqqında” Qanunda bəzi dəyişikliklər edilib.

AZƏRTAC xəbər verir ki, müzakirələr zamanı dəyişikliklərin kütləvi informasiya vasitələri sahəsində münasibətlərin daha təkmil tənzimlənməsi məqsədini daşıdığı bildirilib. Dəyişikliklərə görə, əvvəl təsis edilmiş digər mətbu nəşrlə oxşar ada malik olan mətbu nəşrlərin təsis edilməsinə yol verilmir. Bu məqsədlə qanuna “oxşar ad” anlayışı daxil edilir.

Qanunun 19-cu maddəsində edilən dəyişikliyə görə isə kütləvi informasiya vasitələrinin xarici ölkənin dövlət orqanı, fiziki və ya hüquqi şəxsi tərəfindən qanuna zidd şəkildə maliyyələşdirilməsini aşkar etmiş qurumların məlumatları daxil olduqda və kütləvi informasiya vasitəsi məhkəmənin qərarı ilə qərəzli yazılara görə il ərzində iki dəfə məsuliyyətə cəlb edildikdə onun istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırıla bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.