REGİONLAR


Kütləvi tibbi müayinə: Göyçayda 359 nəfər stasionar müalicəyə cəlb edilib, 5 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılıb

Göyçay, 12 aprel, AZƏRTAC

Göyçay rayonunda əhalinin ödənişsiz kütləvi tibbi müayinəsi davam edir və artıq 2 yaşayış məntəqəsində, 40 təşkilat və kollektivdə bu humanist aksiya başa çatıb.

Rayon mərkəzi xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tibbi müayinədən 85517 nəfər keçməlidir. Prezident İlham Əliyevin tövsiyəsi ilə həyata keçirilən bu humanist aksiyadan indiyədək 56966 nəfər yararlanıb. Onlardan 1710 nəfəri ambulator, 359 nəfəri stasionar müalicəyə cəlb edilib, 5 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılıb. 130 nəfər isə ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.

Yaradılan xüsusi səyyar briqada rayon mərkəzi xəstəxanasına, habelə tibbi müayinə keçirilən digər səhiyyə ocaqlarına gəlmək imkanı olmayan ahıl və xəstə insanlara evlərində xidmət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.