REGİONLAR


Kütləvi tibbi müayinə əhalinin sağlamlığına göstərilən qayğının bariz nümunəsidir

İmişlinin 27 yaşayış məntəqəsində tibbi müayinələr başa çatıb

İmişli, 16 aprel, Mahir Babayev, AZƏRTAC

Respublikamızın hər yerində olduğu kimi, İmişlidə də əhalinin pulsuz kütləvi dispanserizasiyası uğurla aparılır. Humanitar aksiya rayon üzrə 98 min 504 nəfəri əhatə edir. İndiyədək 57 min 792 nəfər rayon sakini tibbi müayinədən keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, humanitar aksiyanın müvəffəqiyyətlə başa çatdırılması üçün mərkəzi xəstəxananın cərrahiyyə, poliklinika, fizioterapiya şöbələrində və laboratoriyada insanların tibbi müayinəsi üçün bütün imkanlar yaradılıb. Aksiya çərçivəsində 5 peşəkar həkim briqadası fəaliyyət göstərir. Həkimlər fiziki imkanı məhdud olan, ahıl insanların müayinəsini evlərdə aparır.

Artıq rayonun 49 yaşayış məntəqəsindən 27-də müayinələr başa çatıb.

Rayon mərkəzi xəstəxanasının baş həkimi Eynulla Qasımov bildirib ki, aksiyanın yüksək səviyyədə başa çatdırmaq üçün rayon mərkəzi xəstəxanası ilə yanaşı, 6 kənd və qəsəbə xəstəxanası, 67 nəfərdən çox həkim və orta tibb işçisi kampaniyaya cəlb olunub. Bu günə kimi 57 min nəfərdən çox rayon sakini tibbi müayinədən keçirilib. Müayinələrdən keçirilmiş vətəndaşlardan 205 nəfəri ambulator, 31 nəfəri stasionar müalicəyə cəlb olunub, 5 nəfərin üzərində cərrahiyə əməliyyatı aparılıb. Yerli şəraitdə müalicəsi mümkün olmayan 6 xəstə isə Bakı şəhərindəki ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.

Sakinlər humanitar aksiyanı ölkəmizdə əhalinin sağlamlığına göstərilən qayğının bariz nümunəsi kimi dəyərləndirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.