Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Küveyt Dövlətinin Baş naziri Əhməd Nəvaf əl-Əhməd əl-Sabahdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Dost Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə məmnuniyyətlə səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq.

Bu gözəl fürsətdən istifadə edərək, ölkələrimiz və xalqlarımız arasında mövcud olan dostluq əlaqələrindən məmnunluğumuzu ifadə edir, bu əlaqələrin ortaq maraqlarımız naminə daha da möhkəmlənməsinə səy göstərdiyimizi vurğulayırıq.

Sizə uzun ömür, cansağlığı, dost xalqınıza davamlı inkişaf və rifah diləyirik.

Ən xoş arzularla,

 

Əhməd Nəvaf əl-Əhməd əl-Sabah

Küveyt Dövlətinin Baş naziri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin