RƏSMİ SƏNƏDLƏR


Küveyt Dövlətinin Baş naziri Cabir əl-Mübarək əl-Həməd əl-Sabahdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Dost Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimizi çatdırmaqdan məmnunluq hissi duyuram. Bu fürsətdən istifadə edərək, dost xalqlarımız arasında mövcud olan ikitərəfli əməkdaşlıq əlaqələrindən məmnunluğumuzu bildirirəm.

Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqına daha böyük tərəqqi və rifah arzulayıram.

Hörmətlə,

Cabir əl-Mübarək əl-Həməd əl-Sabah

Küveyt Dövlətinin Baş naziri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin