Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Küveyt Dövlətinin Baş naziri Sabah Xalid əl-Həməd əl-Sabahdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Dost Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimizi və xoş arzularımızı çatdırmaqdan sevinc hissi duyuruq.

Bu xoş fürsətdən istifadə edərək dost ölkələrimiz arasında mövcud olan ikitərəfli əməkdaşlıq əlaqələrindən məmnunluğumuzu ifadə edir, Sizə uzun ömür, möhkəm cansağlığı, dost xalqınıza davamlı inkişaf və rifah arzulayırıq.

Dərin hörmətlə,

 

Sabah Xalid əl-Həməd əl-Sabah

Küveyt Dövlətinin Baş naziri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin