Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Küveyt Dövlətinin Vəliəhdi Nəvaf Əl-Əhməd Əl-Cabir Əl-Sabahdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycan Respublikasında keçirilən prezident seçkilərində qazandığınız qələbə münasibətilə Sizə ən xoş təbriklərimi çatdırmaqdan məmnunluq hissi duyuram. Yeni prezidentlik dönəminizdə də dost Azərbaycan xalqı üçün xeyir-bərəkət və inkişaf naminə həyata keçirəcəyiniz işlərdə Sizə davamlı uğurlar diləyirəm.

Bu xoş fürsətdən istifadə edərək, Sizə cansağlığı və səadət arzulayır, dost ölkələrimiz arasında əlaqələrin gücləndirilməsi ilə bağlı qəti inamımızı bir daha ifadə edirəm.

Dərin hörmət və ehtiramla,

 

Nəvaf Əl-Əhməd Əl-Cabir Əl-Sabah

Küveyt Dövlətinin Vəliəhdi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin