Azərbaycan Dövlət İnformasiya Agentliyi

HEYDƏR ƏLİYEV - 100

Küveyt mediası Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məqalələr dərc edib

Bakı, 10 may, AZƏRTAC

Azərbaycanın Küveytdəki səfirliyinin təşəbbüsü ilə Küveytin ərəbdilli kütləvi informasiya vasitələrində - “əl-Nahar”, “əl-Qabas”, “əl-Vasat”, “əl-Ray”, “əl-Ənba”, “əl-Cəridə” qəzetlərində, www.q8-press.com və dasmannews.com elektron xəbər portallarında və ingilisdilli kuwaittimes.comtimeskuwait.com və həmin KİV-lərin sosial şəbəkələrində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə dair geniş məqalələr dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalələrdə Azərbaycan və Küveyt xalqlarını və dövlətlərini sıx tarixi, mədəni və dini tellərin bir-birinə bağladığı qeyd olunub. Diqqətə çatdırılıb ki, Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra üzv olduğu ilk beynəlxalq təşkilat İslam Əməkdaşlığı Təşkilatı olub. 1994-cü ildə Azərbaycanla Küveyt arasında diplomatik əlaqələr qurulub, iki ölkə arasında 20-dən artıq hökumətlərarası saziş imzalanıb. Dost ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsində ölkə rəhbərlərinin böyük rolu olub. Belə ki, 1994-cü il dekabrın 13-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev İKT Zirvə görüşündə iştirak etmək üçün Mərakeşdə səfərdə olarkən Küveyt əmiri Şeyx Cabir Əl-Əhməd Əl-Sabahla görüşüb və bununla da iki ölkə arasında əlaqələrin əsası qoyulub. Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə dövlət başçıları bir-birini öz ölkələrinə səfərə dəvət ediblər. Dövlət başçıları arasında daha sonra 1995-ci ilin mart ayında Kopenhagendə və həmin ilin oktyabr ayında ABŞ-da səmimi görüşlər baş tutub və müzakirələr aparılıb. Küveyt Dövləti münaqişənin ilk illərində azərbaycanlı qaçqınlara humanitar yardımlar göndərib və Azərbaycanda həyata keçirilən bir sıra layihələrin maliyyələşdirilməsində iştirak edib. Azərbaycan Respublikası və Küveyt Dövləti həm ikitərəfli əsasda, həm də BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlığı Təşkilatı, OPEC+ kimi təşkilatlar çərçivəsində yaxından əməkdaşlıq edirlər.

Oxucuların diqqətinə çatdırılıb ki, Azərbaycan və Küveyt dövlətləri arasında əlaqələrin bünövrəsini qoyan Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi xadim Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan edilib.

Məqalələrdə Ulu Öndər Heydər Əliyevin sovet dövründə və müstəqillik illərində zəngin siyasi fəaliyyəti barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, onun sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə bütövlükdə respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradılıb, 213 iri sənaye müəssisəsi işə salınıb. Keçmiş SSRİ-də ilk kondisioner zavodu 1975-ci ildə Bakıda fəaliyyətə başlayıb, onun məhsulları Kuba, Çin, İran, Misir və Avstraliyaya ixrac olunub. Heydər Əliyev İslam dövlətləri ilə əlaqələrin inkişafına və islam həmrəyliyinə həmişə böyük önəm verib. Onun hələ SSRİ rəhbərliyində çalışarkən - 1982-1987-ci illərdə Misir, Suriya, İordaniya, Liviya, İraq, Yəmən, Pakistan və başqa müsəlman ölkələrinə səfərləri Ulu Öndərin bütün İslam aləmində aparıcı siyasətçilərdən biri kimi tanınmasına səbəb olub.

Yazılarda Ulu Öndərin Azərbaycanın müstəqillik illərində siyasi fəaliyyəti barədə də ətraflı məlumat yer alıb. Qeyd edilib ki, SSRİ-nin süqutundan sonra respublikada ağır sosial-iqtisadi böhran, hərc-mərclik, anarxiya mövcud olub, vətəndaş müharibəsi təhlükəsi yaranıb. Digər tərəfdən, Azərbaycan torpaqlarının 20 faizi işğal edilmişdi. Həmin ağır dövrdə xalq çıxış yolunu Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdü. Belə bir mürəkkəb şəraitdə xalqın səsinə səs verərək 1993-cü ildə hakimiyyətə qayıdan Ümummilli Lider müstəqil Azərbaycana 10 il rəhbərlik etdi və ölkənin inkişafının, bir çox uğurlarının əsası məhz onun hakimiyyəti dövründə qoyuldu. O, ilk növbədə, hərc-mərcliyin, vətəndaş müharibəsinin qarşısını aldı, ölkədə sabitlik yaratdı və əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində ciddi tədbirlər gördü. Heydər Əliyev neft sektoruna xarici sərmayələrin cəlb edilməsi istiqamətində mühüm addımlar atdı. Belə ki, böyük maneələrə baxmayaraq, 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı, “Üç dənizin əfsanəsi” adlanan və Ulu Öndərin adını daşıyan Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi reallığa çevrilərək bu gün də xalqımızın maddi-rifah halının yaxşılaşdırılması və doğma Azərbaycanın qüdrətli dövlət olmasına öz töhfəsini verir.

Məqalələrdə qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin keşməkeşli həyat yolunda və uğurların əldə edilməsində onun ömür-gün yoldaşı Zərifə xanım Əliyevanın böyük rolu olub. Bu ilin aprelində Azərbaycanın görkəmli alimi, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100 ili tamam olub. Azərbaycan xalqı bu əlamətdar tarixi də böyük həvəslə qeyd edib.

Materiallarda vurğulanıb ki, bu gün Heydər Əliyevin dövlətçilik kursunu onun oğlu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir. Azərbaycanın dövlət başçısının 2009-cu il fevralın 10-da Küveytə rəsmi səfəri ilə ikitərəfli əlaqələr yeni müstəviyə qədəm qoyub. Onun Küveyt Dövlətinin Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahla görüşündə iki ölkə arasında münasibətlərin inkişaf etdiyi, siyasi əlaqələrin yüksək səviyyədə olduğu bildirilib. Səfər çərçivəsində Azərbaycanla Küveyt arasında iqtisadiyyat, ticarət, turizm, investisiya sahələrində əlaqələrin inkişaf etdirilməsindən söhbət açılıb və bir sıra hökumətlərarası sazişlər imzalanıb. Dövlət başçıları, həmçinin beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Küveyt Əmiri Prezident İlham Əliyevə ölkəsinin ən ali mükafatı olan "Mübarək əl - Kəbir" ordenini, Azərbaycan Prezidenti isə Əmirə Azərbaycanın ali mükafatı olan "Heydər Əliyev" ordenini təqdim edib.

Məqalələrdə o da qeyd olunub ki, gələn il həm də Azərbaycanla Küveyt arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi tamam olacaq.

Səfirliyin dəstəyi ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev - 100” kitabı da ərəb dilində işıq üzü görüb.

Nəfis tərtib olunmuş kitab Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyi tərəfindən “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın icrası çərçivəsində ərəb dilində hazırlanıb. Kitabda müasir Azərbaycan Respublikasının banisi, Ümummilli Lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti, onun Küveyt Əmiri Şeyx Cabir əl-Əhməd əl-Sabah ilə görüşləri barədə ətraflı məlumat verilib.

Eyni zamanda, kitabda Ümummilli Lider Heydər Əliyev ilə görüşmüş Küveyt rəsmilərinin və onun rəhbərlik etdiyi dövrdə ölkəmizdə təhsil almış küveytlilərin xatirələri, o cümlədən dünyanın tanınmış liderləri və siyasətçilərinin Ümummilli Lider haqqında söylədikləri fikirlər yer alıb.

Kitab Küveytin ali təhsil ocaqlarına, bu ölkədə fəaliyyət göstərən kitabxanalara, habelə bir sıra nazirliklərə, dövlət orqanlarına və özəl sektor təşkilatlarına göndərilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edir

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib

Böyük Britaniyada miqrantlar haqqında qanunun qəbulu qaçqınların İrlandiyaya axınına səbəb olub

Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib

Sabirabad rayonu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb VİDEO

AzPMA-nın rəhbəri: Gələcəkdə digər universitetlərdə də layihə menecmenti ixtisasının təsis olunması üçün danışıqlar aparırıq

Sosial şəbəkələrdə dələduzluq yolu ilə 19 nəfərin kartını talayıb öz hesabına köçürən şəxs saxlanılıb

Azərbaycan şahmat millisinin məşqçisi: Avropa çempionatında əldə edilən nəticələr ümidvericidir

Prokurorluq əməkdaşları 2 hektar ərazidə 1500-dən çox ağac əkiblər

Bakıdakı Rus evinin Ədəbiyyat klubu çərçivəsində “açıq marafon” keçirilib

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib

Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır

Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb

Yasamalda oğurluq edən şəxslər təhlükəsizlik kameralarına düşüb VİDEO

Azərbaycanın idman gimnastı Avropa çempionatında tarixi medal qazanıb

“Azərkosmos”: Ölkəmizin əldə etdiyi təcrübə regional və qlobal kosmik tədbirlərə ev sahibliyi etməyə imkan verir

ABŞ-ın üç ştatı güclü tornadonun təsirinə məruz qalıb - FOTO

Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub

Azərbaycanın gənc taekvondoçuları da Prezident Kubokuna qatılacaqlar

Xətai rayonunda “Kəlağayı festivalı” keçirilib

“İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” kitabının təqdimatı olub

Bakıda “Big Band Workshop” adlı ustad dərsləri keçiriləcək

ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb VİDEO

Azərbaycan klubu iki basketbolçu ilə vidalaşır

Aprelin 27-si Beynəlxalq Baytar Həkimi Günüdür

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” olimpiadası keçirilib 

Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fləş-mob təşkil edib

“Mənim yaşıl dünyam” adlı rəsm müsabiqəsi keçirilib

İçərişəhərdə “DivanSaatı” layihəsi çərçivəsində Elçin Hami Axundov ilə görüş

Yaxın günlərdə Laçının Sus kəndinə köçürüləcək ailələr bəlli olub

Daşqınlardan sonra 37 minədək qazaxıstanlı evinə qayıdıb

ÜST-nin rəhbəri: Pandemiya dövründə vaksinlərə qeyri-bərabər əlçatanlıq ölüm hallarını artırdı

“Paris-2024”: Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb

Sabah Bakıda 31, bəzi rayonlarda isə 32 dərəcə isti olacaq

Hökumətin hesabatının Ali Məclisin komitə iclaslarında müzakirəsi başa çatıb

ABŞ-da yeni “qiyamət günü təyyarəsi” hazırlanacaq

Azərbaycanlı rejissorun filmi Kann festivalında

Qırğız nazir: Azərbaycan Qırğızıstana neft məhsulları ixrac etməyə hazır olduğunu bildirib

Azərbaycan Premyer Liqasında XXXII turun hakimləri açıqlanıb

Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar

Hərbçilərimiz İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər

Avropa çempionatı: Azərbaycan şahmatçılarının duelində Ülviyyə Fətəliyeva sevinib

Argentinada 60 yaşlı qadın gözəllik müsabiqəsində iştirak edir

Milli Məclisin nümayəndə heyəti Monteneqroda “Partizan döyüşçüsü” abidəsini ziyarət edib

Nazir müavini: COP29-un Azərbaycanda texnoloji mübadilə və innovasiyalara uyğunlaşdırılmasında mühüm rolu olacaq

İspaniya Ukraynaya “Patriot” sistemi üçün raketlər verəcək

ÜST: Pandemiya dövründə antibiotiklərdən ifrat istifadə mənfi nəticələr verib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” - Azərbaycan modelinin təqdimatı üçün mühüm platforma ŞƏRH

Bu il pambıq və digər kənd təsərrüfatı bitkilərinin əkinində yeni texnologiya tətbiq olunacaq

İngiltərə çempionu birillik fasilədən sonra Premyer Liqaya qayıdıb

Yəmən sahillərində ABŞ-ın 30 milyon dollarlıq PUA-sı vurulub

Kitabxanada sərgi: Ümidsiz gözlərin nur mənbəyi - Zərifə Əliyeva

Ciddədə Gənclərin İnkişafı Forumu keçirilib

Azərbaycan idmançısı İstanbulda iki gümüş medal qazanıb

Milli Kitabxanada Əməkdar elm xadimi Zərifə Əliyevaya həsr olunan silsilə materiallar hazırlanıb

BSU-da akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Fövqəladə Hallar Nazirliyi tərəfindən qanunsuz tikili sökülüb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Naxçıvanda boks məşqçiləri ilə görüş olub

Almaniya və Azərbaycan - mühüm siyasi-iqtisadi tərəfdaşlıq ŞƏRH

FHN: Ötən sutka ərzində 36 halda yanğına çıxış olub