MƏDƏNİYYƏT


Küveyt mətbuatında “2020-ci ildə dünyada istirahət üçün 10 ən gözəl yer” sərlövhəli məlumat dərc olunub

Bakı, 16 yanvar, AZƏRTAC

Küveytdə böyük oxucu auditoriyasına malik və gündəlik ərəb dilində nəşr olunan “Əl-Qabas” qəzetində “Lonely Planet” saytına istinadən “2020-ci ildə dünyada istirahət üçün 10 ən gözəl yer” sərlövhəli məlumat dərc olunub.

Azərbaycanın Küveytdəki səfirliyindən AZƏRTAC-a bildirilib ki, məlumatda “Lonely Planet”in 15-ci təsnifatında 2020-ci ildə turistlərin sərfəli qiymətlər və gözəllik baxımından səfər edəcəkləri dünyanın 10 ən gözəl şəhərləri arasında paytaxtımız Bakı şəhəri 5-ci yerdə qeyd olunub.

Məlumatda, neft və qazla zəngin olan ölkəmizə turistlərin səfəri zamanı bənzərsiz təcrübə təqdim edən unikal bir təyinatın, eyni zamanda, ucuz qiymətə yüksək səviyyədə yaşayışın şahidi olacaqları və ləziz yeməklər yeyəcəkləri qeyd edilib. Həmçinin Bakı şəhərinə səfər zamanı orada bir neçə mühüm tarixi yerləri ziyarətetmə imkanlarının olacağı bildirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.