SİYASƏT


Küveyt mətbuatında Azərbaycan XİN-in Ermənistanın Gəncəni raket atəşinə tutması ilə bağlı bəyanatı yayımlanıb

Bakı, 18 oktyabr, AZƏRTAC

Ermənistanın Azərbaycanın Gəncə şəhərini oktyabrın 17-də ballistik raket atəşinə tutması ilə əlaqədar Küveytin “Dasmannews” onlayn xəbərlər portalında və Küveytdə gündəlik ərəb dilində nəşr edilən “Əl-Ənbə” qəzetinin buraxılışında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin bəyanatı, həmçinin Prezident İlham Əliyevin Füzuli şəhərinin və bir neçə kəndin işğaldan azad olunması ilə bağlı xalqa müraciəti barədə məlumat nəşr edilib.

AZƏRTAC-a bu barədə Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyindən məlumat verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.