SİYASƏT


Küveyt qəzeti Azərbaycanın bu ölkədəki səfirliyinin Milli Qurtuluş Günü ilə bağlı bəyanatını dərc edib

Qahirə, 15 iyun, AZƏRTAC

Küveytin geniş oxucu kütləsinə malik olan “Əlvasat” qəzeti Azərbaycanın bu ölkədəki səfirliyinin xalqımızın Milli Qurtuluş Günü ilə bağlı bəyanatını dərc edib.

AZƏRTAC xəbər verir ki, bəyanatda Azərbaycan xalqının iyunun 15-də dahi siyasətçi, müasir Azərbaycan dövlətinin qurucusu və banisi Heydər Əliyevə bir daha dərin ehtiramını ifadə etdiyi qeyd olunub. Səfirlik Küveyt ictimaiyyətinin diqqətinə çatdırıb ki, xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan və 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Ümummilli Liderin müdrik siyasəti ölkəmizi dərin böhran və xaosdan xilas edib, yeni tərəqqi erasının əsasını qoyub. Xilaskarlıq missiyasını uğurla yerinə yetirən Heydər Əliyev öz xalqına və Vətəninə bağlı, dünyanın nüfuzlu siyasətçiləri sırasında özünəməxsus yeri olan böyük şəxsiyyət, görkəmli dövlət xadimi olub. Məhz bu səbəbdən gənc nəsil də ona dərin ehtiram bəsləyir, Ulu Öndərin vəsiyyətlərinə əməl edir.

Bəyanatda ötən əsrin 90-cı illərinin əvvəlində sovet hakimiyyətinin süqutundan sonra Azərbaycanın qonşu Ermənistanın hərbi təcavüzünə məruz qalması, həmin dövrdə ölkədə yaranmış xaos və vətəndaş müharibəsi təhlükəsi barədə məlumat verilib, Naxçıvandan Bakıya gələn Heydər Əliyevin uzaqgörənliyi və böyük siyasi təcrübəsi sayəsində bu çətin problemlərin həll olunduğu, ölkəmizin inkişaf və demokratik dövlət quruculuğu yoluna qədəm qoyduğu vurğulanıb.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.