Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Küveytdə Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib

Bakı, 30 may, AZƏRTAC

28 may – Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyi tərəfindən Küveytin “Marina” mehmanxanasının “Salva Sabah əl-Əhməd” konfrans və ziyafətlər zalında Müstəqillik Gününün 105-ci ildönümünə həsr olunmuş təntənəli rəsmi ziyafət təşkil edilib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, ziyafətdə Küveyt Xarici İşlər Nazirliyinin rəsmiləri, Küveyt Dövlətinin Azərbaycandakı sabiq səfirləri, Küveyt parlamentinin deputatları, hakim ailənin üzvü Şeyxə Hala Əl-Sabah, Küveyt ictimaiyyətinin tanınmış və nüfuzlu ictimai-siyasi xadimləri, ölkəmizdə təhsil almış küveytlilər, Küveyt Dövlətinin Səhiyyə, Təhsil, İnformasiya və Ticarət nazirliklərinin əməkdaşları, ali təhsil ocaqlarının nümayəndələri, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və diplomatları, Küveytdə fəaliyyət göstərən Türk məktəbinin müəllimləri, habelə burada yaşayan və təhsil alan Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Ziyafətdə əsas qonaq qismində Küveyt Dövlətinin xarici işlər nazirinin müavini Mənsur əl-Otaibi iştirak edib.

Tədbirin açılışında Küveyt Dövlətinin və Azərbaycan Respublikasının Dövlət himnlərinin səslənməsindən sonra ölkəmizin Küveytdəki səfiri Emil Kərimov çıxış edib.

Səfir çıxışında milli bayram - Müstəqillik Gününün 105-ci ildönümünün qeyd edildiyini vurğulayaraq, 1918-ci il mayın 28-də müsəlman dünyasında ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan edildiyini və dövlət rəmzlərinin təsdiq olunduğunu, parlamentin seçildiyini, dövlət institutlarının və universitetin yaradıldığını iştirakçıların diqqətinə çatdırıb. 1920-ci ildə Paris Sülh Konfransında AXC-nin tanındığını və Azərbaycanda xarici nümayəndəliklərin akkreditə olunduğunu bildirən diplomat bildirib ki, 1991-ci il oktyabrın 18-də Azərbaycanın müstəqilliyi bərpa olunub.

Səfir müstəqilliyin ilk illərinin çox çətin olduğunu və ölkəmizdə xaos və iqtisadi böhranın, çox ağır sosial vəziyyətin hökm sürdüyünü və vətəndaş müharibəsi astanasında olduğunu, lakin 1993-cü ildə dövlətimizin başçısı seçilən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin səyləri nəticəsində böhran və xaosa son qoyulduğunu qeyd edib.

Səfir bildirdi ki, bu il mayın 10-da Azərbaycan xalqının Ümummilli Liderinin anadan olmasının 100 illiyi tamam olmuş və bu münasibətlə 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilmişdir.

Diplomatımız Azərbaycan-Küveyt münasibətlərinin əsasının 1994-cü ildə İƏT-in Kasablankada keçirilən Zirvə konfransında Ulu Öndər Heydər Əliyevin Küveyt Əmiri Şeyx Cabir Əl-Əhməd Əl-Sabah ilə ilk görüşü zamanı qoyulduğunu, daha sonra iki liderin 1995-ci ildə Kopenhagendə və Nyu-Yorkda görüşdüklərini vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ildə Küveytə rəsmi səfərindən sonra ölkələrimiz arasında münasibətlərdə yeni dövrün başladığını qeyd edən səfir, bu gün sıx və mehriban münasibətlərimizin, xüsusilə kənd təsərrüfatı, yüngül sənaye, təhsil sahələrində möhkəm əlaqələrimizin, eyni zamanda turizm sahəsində böyük potensialımızın mövcud olduğunu bildirib. O əlavə edib ki,, ötən il Azərbaycana 22 min nəfərdən artıq küveytli turist gəlib. Ölkələrimiz arasında Azərbaycan Hava Yolları (AZAL), “Kuwait Airways” və “Jazeera Airways” vasitəsilə birbaşa uçuşlar həyata keçirilir.

Səfir E.Kərimov sonda bildirib ki, bu gün Ordumuzun gücü və qəhrəmanlığı sayəsində və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan öz ərazilərini 30 illik işğaldan azad etmiş qalib dövlətdir və dövlətimizin başçısı Ulu Öndərin siyasi kursunu uğurla davam etdirir.

Sonra, səfir E.Kərimov ölkədə qəbul olunmuş qaydaya görə Küveytin xarici işlər nazirinin müavini M.əl-Otaibi ilə birlikdə üzərində hər iki ölkənin bayrağı əks olunmuş tortu kəsib.

M.əl-Otaibi səfir E.Kərimovla təkbətək söhbəti əsnasında 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib, dövlətimizə tərəqqi və çiçəklənmə arzulayıb. Ölkələrimiz arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini bildirən nazir müavini bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı hüquqi bazanın olduğunu vurğulayıb.

Tədbirin keçirildiyi zalda səfirliyin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş və ərəb dilində işıq üzü görmüş “Heydər Əliyev - 100” və “Zərifə Əliyeva -100” kitablarının sərgisi təşkil olunub, ölkəmizin mədəniyyəti, turizm imkanları, füsunkar təbiəti, biznes imkanları ilə bağlı kitab, jurnal, buklet, broşürlər iştirakçılara təqdim olunub, həmçinin video görüntülər nümayiş etdirilib və milli musiqi nümunələri səslənib.

Bununla yanaşı, tədbirdə “Made in Azerbaijan” brendinin Küveytdə təbliği məqsədilə “Azərsun Holdinq”-in “Bizim Tarla” məhsullarının – mürəbbə, kompot, turşu və “Azərşəkər”in qənd məhsulu, həmçinin “Saville” markalı nar şirəsi və “Azərçay” məhsullarının yarmarkası təşkil olunub.

Sonda tədbir iştirakçılarına ziyafət verilib.

Tədbirdə ölkəmizə məxsus milli kişi və qadın geyimlərinin icma üzvlərimiz tərəfindən təqdimatı iştirakçıların böyük marağına səbəb olub.

Küveytin “əl-Nahar”, “əl-Qabas”, “əl-Siyasa”, “əl-Ray”, “əl-Ənba”, “əl-Cəridə”, “əl-Vasat” və ingilisdilli “Kuwaittimes”, “TimesKuwait” qəzetlərində, “dasmannews.com”, “Bobiannews.net”, “q-8” elektron xəbər portalında və həmin KİV-lərin sosial şəbəkələrində bayram tədbiri barədə məlumatlar dərc edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib

Böyük Britaniyada miqrantlar haqqında qanunun qəbulu qaçqınların İrlandiyaya axınına səbəb olub

Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib

Sabirabad rayonu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb VİDEO

AzPMA-nın rəhbəri: Gələcəkdə digər universitetlərdə də layihə menecmenti ixtisasının təsis olunması üçün danışıqlar aparırıq

Sosial şəbəkələrdə dələduzluq yolu ilə 19 nəfərin kartını talayıb öz hesabına köçürən şəxs saxlanılıb

Azərbaycan şahmat millisinin məşqçisi: Avropa çempionatında əldə edilən nəticələr ümidvericidir

Prokurorluq əməkdaşları 2 hektar ərazidə 1500-dən çox ağac əkiblər

Bakıdakı Rus evinin Ədəbiyyat klubu çərçivəsində “açıq marafon” keçirilib

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib

Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır

Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb

Yasamalda oğurluq edən şəxslər təhlükəsizlik kameralarına düşüb VİDEO

Azərbaycanın idman gimnastı Avropa çempionatında tarixi medal qazanıb

“Azərkosmos”: Ölkəmizin əldə etdiyi təcrübə regional və qlobal kosmik tədbirlərə ev sahibliyi etməyə imkan verir

ABŞ-ın üç ştatı güclü tornadonun təsirinə məruz qalıb - FOTO

Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub

Azərbaycanın gənc taekvondoçuları da Prezident Kubokuna qatılacaqlar

Xətai rayonunda “Kəlağayı festivalı” keçirilib

“İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” kitabının təqdimatı olub

Bakıda “Big Band Workshop” adlı ustad dərsləri keçiriləcək

ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb VİDEO

Azərbaycan klubu iki basketbolçu ilə vidalaşır

Aprelin 27-si Beynəlxalq Baytar Həkimi Günüdür

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” olimpiadası keçirilib 

Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fləş-mob təşkil edib

“Mənim yaşıl dünyam” adlı rəsm müsabiqəsi keçirilib

İçərişəhərdə “DivanSaatı” layihəsi çərçivəsində Elçin Hami Axundov ilə görüş

Yaxın günlərdə Laçının Sus kəndinə köçürüləcək ailələr bəlli olub