CƏMİYYƏT


Küveytdə Diplomatik Qadınlar Komitəsi təsis olunub

Bakı, 15 yanvar, AZƏRTAC

Küveytdə akkreditə olunmuş səfirliklərin təşəbbüsü ilə və bu ölkənin Xarici İşlər Nazirliyinin protokol idarəsinin nəzarəti altında ilk Diplomatik Qadınlar Komitəsi təsis olunub.

Azərbaycanın Küveytdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, Komitənin yaradılmasında məqsəd dövlət müəssisələri ilə diplomatik korpus arasında qadınların rolunu, onların ictimai və mədəni sahələrdə fəaliyyətlərini nümayiş etdirən birgə tədbirlərin, Küveytin tanınmış şəxsiyyətləri ilə görüşlərin keçirilməsi, habelə bu ölkənin müxtəlif gəzməli-görməli yerlərinə ekskursiyaların təşkilidir.

Diplomatik Qadinlar Komitəsinin yaradılması münasibətilə keçirilən tədbirdə Azərbaycanın Küveytdəki səfirliyi də təmsil olunub. Tədbirdə iştirak edən səfirliklər üçün ölkələri haqqında materialların təqdim edilməsi məqsədilə stendlər ayrılıb.

Azərbaycan üçün ayrılmış stenddə respublikamızın mədəniyyətini, turizm imkanlarını və s. sahələri özündə əks etdirən kitab, buklet, broşür, habelə suvenir, milli geyimlər, Azərbaycanın ən məşhur yerlərini, təbiətini və gözəlliyini əks etdirən fotostendlər quraşdırılıb, həmçinin “Azərbaycanın interaktiv turizm xəritəsi 2018” nümayiş etdirilib.

Qeyd edək ki, Qırğızıstanın Küveytdəki səfiri xanım Samargul Adamkulova səs çoxluğu ilə Komitənin sədri seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.