DÜNYA


Küveytdə dünyanın ən uzun avtomobil körpüsünün tikintisi bu il yekunlaşacaq

Bakı, 4 yanvar, AZƏRTAC

Küveytdə dünyanın ən uzun avtomobil körpüsünün tikintisi 2019-cu ildə başa çatacaq.

AZƏRTAC xəbər verir ki, “Arabian Business” nəşrinin yaydığı məlumata görə, uzunluğu 48,5 kilometr olan Şeyx Cabir adına körpünün tikintisi Koreyanın “Hyundai” korporasiyası ilə 2,6 milyard dollar həcmində müqavilənin imzalandığı vaxtdan 6 il sonra - bu ilin aprel ayında yekunlaşacaq.

Küveytin şəhər aqlomerasiyası ilə çoxmilyardlıq “İpək şəhər” memarlıq layihəsinin həyata keçiriləcəyi Küveyt buxtasının əks sahilini birləşdirəcək körpü 36,1 və 12,4 kilometrlik iki hissədən ibarətdir.

Hazırda dünyanın ən uzun avtomobil körpüsü Çinin şərqindəki Sindao şəhərində yerləşir. Onun uzunluğu 42 kilometrə yaxındır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.