DÜNYA


Küveytdə qadınların orduda xidmət etməsinə icazə verilib

Qahirə, 13 oktyabr, AZƏRTAC

Səudiyyə Ərəbistanından sonra Küveytdə də qadınların ordu sıralarında xidmət etməsinə icazə verilib. Artıq bu ölkədə zərif cinsin nümayəndələri zabit qismində hərbi əməliyyatlarda da iştirak edəcəklər.

AZƏRTAC KUNA agentliyinə istinadla xəbər verir ki, Küveytin müdafiə naziri Həməd Cabir əl-Əli əl-Sabah silahlı qüvvələrin qapısının qadınlar üçün açıq olduğunu bildirib: “Küveytli qadınların öz qardaşları ilə çiyin-çiyinə hərbi xidmət keçməsinin vaxtı çatıb. Mən zərif cinsin nümayəndələrinin gücünə və hərbi təlimlərdə kişilərlə yanaşı layiqli iştirak edəcəklərinə inanıram”.

Qeyd edək ki, Küveytdə qadınlara 2005-ci ildə seçkilərdə iştirak etmək hüququ verilib. Onlar hazırda hökumətdə və parlamentdə təmsil olunurlar. 2008-ci ildə isə onların polis orqanlarında xidmət etməsinə icazə verilib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.