ELM VƏ TƏHSİL


Küveytdə soydaşımızın rəhbəri olduğu sinif rəqs müsabiqəsinin qalibi olub

Qahirə, 27 noyabr, AZƏRTAC

Küveytdəki “American Baccalaureate School”da Beynəlxalq Xalqlar Günü münasibətilə bayram tədbiri keçirilib. Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyinin dəstəyi ilə təşkil edilən bayram tədbirində milli geyimlərimiz, uşaqların Azərbaycanla bağlı əl işləri, qədim adət-ənənələrimizə aid şəkillər, jurnallar nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizi məktəbin ingilis dili müəlliməsi, “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin üzvü Nüşabə Lətifova təmsil edib.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbir iştirakçılarına noyabrın Zəfər ayı olması, Azərbaycan Ordusunun qüdrəti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Qarabağın erməni işğalından azad edilməsi haqqında məlumat verilib, “Dəmir yumruq” əməliyyatında şəhidlərimizin və qazilərimizin rolu xüsusi vurğulanıb.

Sonda Beynəlxalq Xalqlar Günü münasibətilə məktəblər arasında keçirilən rəqs müsabiqəsinin qalibləri elan olunub. Soydaşımız Nüşabə Lətifovanın rəhbəri olduğu sinif müsabiqənin qalibi seçilib və onlara sertifikatlar təqdim edilib.

Təqdimatdan sonra sinif rəhbəri Nüşabə Lətifova şagirdlərlə birlikdə “Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!” şüarını səsləndiriblər.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.