DÜNYA


Küveytin Baş Naziri və hökumət üzvləri istefa verib

Bakı, 14 noyabr, AZƏRTAC

Küveytin Baş Naziri şeyx Cabir əl-Mübarək əl-Hamad əs-Sabah dövlət başçısı əmir şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın adına istefa ərizəsi yazıb.

AZƏRTAC Kuna informasiya agentliyinə istinadla xəbər verir ki, əldə olan məlumata görə, nazirlər kabinetinin başçısı ilə yanaşı, Küveyt əmirliyinin bütün hökumət üzvləri də istefa verib.

Hökumətinin rəsmi nümayəndəsinin sözlərinə görə, nazirlər kabinetinin istefası “onun yenidən təşkilatlanması” məqsədi daşıyır. Ölkə parlamentinin spikeri Marzuk əl-Hanim isə öz növbəsində Küveyt əmirinin qanunverici orqanı istefaya göndərmək niyyətinin olmadığına əminliyini ifadə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.